Aygün Kazımova ilə Natəvan Həbibi barışıb, Natəvan Aygün Kazımovanın fanatı olduğunu etiraf edib

Bakı. Ülkər Qasımova - APA. Yanvarın 29-da Heydər Əliyev Sarayında “Grand” mükafatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, xalq artisti Aygün Kazımovanın aparıcısı olduğu tədbirdə N. Həbibi iki nominasiya üzrə mükafata layiq görülüb. İlk nominasiyanı alarkən N. Həbibinin A. Kazımovaya qarşı soyuq münasibəti diqqətdən yayınmayıb.

İkinci mükafatı alanda isə A. Kazımova N. Həbibiyə müraciətlə “Natəvan, sən ki, mənim fanatım olduğunu deyirdin, bəs nə oldu?” söyləyib. N. Həbibi bu sualın cavabında hər kəsin qarşısında həqiqətən də A. Kazımovanın fanatı olduğunu etiraf edib: “Tədbirlərin birində Aygün Kazımova mahnılarını oxuyanda mən də səhnəyə çıxdım və onunla oxuyub-oynadım. Aygün Kazımova bu hərəkətimdən təəccübləndi. Mən onda etiraf etdim ki, biz sizin mahnılarınızla böyümüşük. Biz sizin fanatınızıq”.

N. Həbibinin “Biz sizin fanatınızıq” sözləri A. Kazımovanın marağına səbəb olub və o, “Biz deyəndə kimi nəzərdə tutursan”, - deyə soruşub. N. Həbibi isə “W trio” üzvlərinin hamısının onun fanatları olduğunu bildirib.

Qeyd edək ki, Natəvanla yanaşı, Röya və Elnarə də “W trio” qrupunun üzvü olublar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra mərasim iştirakçıları başqa bir məkanda mükafatlandırmanı qeyd ediblər. Mərasimdə hətta A. Kazımova ilə N. Həbibi xalq artistinin “Siqara” mahnısını birgə ifa ediblər. Onu da qeyd edək ki, Natəvan sözügedən mahnını Aygün Kazımova ilə küsülü olduğu vaxtlarda onun icazəsi olmadan bir sıra proqramlarda oxuyub. N. Həbibinin A. Kazımovanın ünvanına xoş sözlər söyləməsini də hər kəs maraqla qarşılayıb.

Mərasimdə bu barışığı alqışlayanlar arasında xalq artisti İlhamə Quliyeva da olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu il azerbaycana avtomobil idxali 3 defe artib
    Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267