“Best model of the world” yarışmasında Azərbaycanı Esmira Novruzova və Rahib İsrafilov təmsil edəcək - FOTOSESSİYA

Bakı. Ülkər Qasımova-APA. Dekabrın 6-da İstanbulda keçiriləcək “Best model of the world” yarışmasında Azərbaycanı Esmira Novruzova və Rahib İsrafilov təmsil edəcək.
APA-nın məlumatına görə, təmsilçilər noyabrın 11-də Heydər Əliyev Sarayında keçirilən “Best model of Azerbaijan”ın milli final gecəsində seçilib. Müğənni Ruhinin prezidentliyi ilə keçirilən “Best model of Azerbaijan” yarışmasında 15 qız və 15 oğlan model yarışıb. “Best model of the world” müsabiqəsinin yaradıcısı və prezidenti Erkan Özərman, fransız modelyeri Stefano Roland, Azərbaycanın xalq artisti İlhamə Quliyeva, iş adamı Nahid Kabakçı, “Best model of Azerbaijan” yarışmasının prezidenti Ruhi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Türkiyənin tanınmış modelyeri Şeney Akay, “Fashion model school”un rəhbəri Lyubov Kutorova, stilist Anar Ağakişiyevin təmsil olunduğu münsiflər heyəti qalibləri müəyyən ediblər.

Kamilə Babayeva və Emin Musəvinin aparıcılığı ilə keçirilən yarışmada 30 iştirakçı ilk olaraq çimərlik geyimlərində, sonra isə sıra ilə avanqard, milli və gecə geyimlərində səhnəyə çıxıblar. Həmin gecə “Səma” rəqs qrupunun ifasında milli rəqs ifa olunub. Milli final gecəsində daha çox “Aşk bitdi” mahnısı ilə tanınan türkiyəli müğənni Kərəm Cem də bir neçə mahnısı ilə modelyerlərə dəstək olub. Bir neçə mahnısını gitarada ifa edən müğənni Azərbaycan mahnılarından “Ayrılıq” və “Neyləyim”i oxuyub. Azərbaycanda ilk dəfə olduğunu bildirən sənətçi, bu səfəri üçün Ruhiyə təşəkkürünü bildirib.

Tədbirin sonunda münsiflər heyətinin qərarı ilə “ən yaxşı yeriş” nominasiyasında Əli Abbasov və Yuliya Klimova, “Fashion model school” nominasiyasında Rahib İsrafilov və Esmira Novruzova, “Best Fucier model” nominasiyasında Tural Zeynalov və Yekaterina Seldikova, “Best Grace” nominasiyasında Nigar Əliyeva, “Best centlemen” nominasiyasında Qabil Həmzəyev qalib olub. Yarışmada III yerə oğlanlardan Fərid Əsgərov, qızlardan isə Çinarə Abdullayeva layiq görülüb. Tamaşaçıların böyük bir qisminin pərəstiş etdiyi Şövkət Qasımova isə yarışmanın ikincisi olub. Oğlanlardan yarışmanın II yerinə Azər Atakişiyev layiq görülüb. “Best model of Azerbaijan” yarışmasında I yerə Esmira Novruzova və Rahib İsrafilov sahiblənib. “Best model of the world” yarışmasının prezidenti Erkan Özerman builki tədbiri yüksək səviyyədə təşkil edən müğənni Ruhini “ən yaxşı təşkilatçı” mükafatı ilə təltif edib.

Milli final gecəsində münsiflər heyətində təmsil olunan fransalı modelyer Stefano Roland Azərbaycanda olmağından böyük şərəf duyduğunu və gecənin çox gözəl təşkil olunduğunu dilə gətirib. Fransalı modelyer bildirib ki, o bugünkü iştirakçılardan birini özü ilə Parisə aparacaq və onu dünyanın ən tanınmış səhnələrinə çıxaracaq. S. Roland həmin modelin adının bir neçə gündən sonra açıqlanacağını qeyd edib. Milli final gecəsində iştirakçılar modelyer Zemfira Qurbanova tərəfindən hazırlanmış geyimlərlə səhnəyə çıxıblar.

Xatırladaq ki, “Best model of Azerbaijan-2008” müsabiqəsinin rejissoru və xoreoqrafı Türkiyədən dəvət olunmuş Tamer Kurterdir. “Best model of Azerbaijan-2008” yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
  • komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil
    Komitə sədrinin müavini: “Xaricdə din adı altında vuruşub öl...
komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267