Bu gün “Best model of Azerbaijan” model müsabiqəsinin final gecəsi keçiriləcək - FOTOSESSİYA

Bakı. Ülkər Qasımova - APA. Bu gün Heydər Əliyev Sarayında “Best model of Azerbaijan” model müsabiqəsinin milli final gecəsi keçiriləcək. APA-nın məlumatına görə, Türkiyənin tanınmış müğənnisi Kərəm Cem, Fransanın tanınmış modelyeri Stefano Roland, “Best model of the world” yarışmasının direktoru Ərkan Özərman və türkiyəli iş adamı Nahid Kabakçı milli seçim gecəsində iştirak etmək üçün Bakıya gəliblər. Modelləri yarışmaya hazırlamaq üçün Bakıya gəlmiş Türkiyənin tanınmış rejissoru və xoreoqrafı Tamer Kurter dörd gündür ki, Heydər Əliyev Sarayında müsabiqə iştirakçıları ilə məşqlər keçir. T. Kurter bu gecə tamaşaçıların beynəlxalq səviyyəli bir şou seyr edəcəklərini bildirib: “Burada tamaşaçıların görəcəyi səhnə yalnız Parisdə, Milanda olur. Müsabiqənin yüksək səviyyədə keçməsi üçün çox işləmişik. Ümid edirəm ki, yeniliklər tamaşaçılar tərəfindən müsbət qarşılanacaq”.
Sonuncu dəfə Azərbaycana 5 il əvvəl gəldiyini söyləyən T. Kurter bu müddət ərzində Azərbaycanın, xüsusən Bakının inanılmaz dərəcədə dəyişdiyini vurğulayıb: “Çox təəssüf ki, beş il ərzində Azərbaycana gələ bilmədim. İndi düşünürəm ki, kaş hər il bura gələydim və inkişafı gözlərimlə görəydim”.
Qeyd edək ki, “Best model of Azerbaijan” yarışmasının final gecəsində 30 model (15 qız və 15 oğlan) yarışacaq. Yarışın qalibi olacaq bir qız və bir oğlan model bu ilin dekabrında Türkiyədə keçiriləcək “Best model of the world” yarışmasında Azərbaycanı təmsil edəcək. Qaliblər Azərbaycanın xalq artisti İlhamə Quliyeva, fransız modelyer Stefano Roland və digər tanınmış simaların təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək. “Best model of Azerbaijan-2008” yarışmasına rəhbərlik müğənni Ruhi tərəfindən həyata keçirilir. İştirakçıların geyimləri Ruhinin rəhbərlik etdiyi “Fashion City” moda evində modelyer Zemfira Qurbanova tərəfindən hazırlanıb.
“Best model of Azerbaijan”a informasiya dəstəyi verən KİV-lər arasında APA da var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272