Bu ilin payız və qış mövsümünün dəbi 70-ci illərin geyimlərini xatırladacaq - SORĞU

Fəxriyyə Xələfova: “Əlcək və şərflər həm payız, həm qış mövsümünün ən hit elementinə çevriləcək”
Bakı. Ülkər Qasımova-APA. Bir neçə gündür ki, payız mövsümünü yaşayırıq. Bunu nəzərə alaraq APA-nın əməkdaşı hər bir xanımı maraqlandıran “Payız və qış mövsümünün dəbi necə olacaq?” sualı ilə bir neçə tanınmış modelyerə müraciət edib.

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova APA-ya son zamanlar ümumiyyətlə moda aləmində radikal dəyişikliklərin müşahidə olunmadığını açıqlayıb: “Amma təbii ki, payız-qış mövsümü üçün üç əsas istiqamətdə-aktual siluetdə, aktual rənglərdə və aktual parçalarda yeni tendensiyalar mövcuddur. Birinci siluet sözün əsil mənasında özündə şəhər üslubunu əks etdirəcək. Bu tip payız geyimləri daha az həcmli və çox minimal dekorla təqdim olunurlar. Bu mövsümdə daha çox palto ilə pencək arasında olan uzunluqda pencəklər dəbdə olacaq”. Fəxriyyə Xələfova mövsümün əsas yeniliyinin köhnə geyim üslubuna qayıdış olduğunu bildirib: “Keçən illərə nəzər salsaq, çiyinlərin daha az həcmli, romantik üslubda olduğunu görürük. Amma bu mövsümdə çiyinlərin cizgisi daha sərtləşib və onun həcmi daha böyükdür. Bu bizdə nostalji hisslər yaradır və 70-ci illərin dəbini xatırladır. Biz o illəri xatırlasaq, kəsimlərdə çiyinlərin uzunluğuna və çiyin kəsimlərinə daha çox yer verildiyini görəcəyik. Plaş və paltodan istifadə olunarkən isə uzunluq maksi olmalıdır. Ümumiyyətlə, payız və qış ayları üçün belə bir şüar var ki, geyimlər ya mini, ya da maksi olmalıdır. Adətən midi uzunluğu trapesiya kəsimi ilə ifadə olunur və bu gün plaş və paltolar həddindən artıq uzun təqdim olunacaqlar. Şalvarlar belə palto və plaşlardan cəmi bir neçə santimetr görünəcək. Bu yenə də retro üslubun stilizasiyadır”.

F. Xələfova bildirib ki, digər siluetlərdə həcmli palto və plaşlarda daha çox yaxa hissəsi öz əksini tapacaq. Modelyerin sözlərinə görə, bu mövsümdə yaxalıqlar yenidən dəbə minəcək. Payız və qış mövsümündə dəbdə olacaq rənglərə gəldikdə isə, F. Xələfova qadınlara daha çox boz, tünd mavi rəngli geyimlərə üstünlük verməyi məsləhət görüb: “Onların arasında ən aktual rəng buludlu səma rəngi olacaq. Bununla da paralel olaraq yaşıl, mavi və ya qırmızı rənglər üstünlük təşkil edəcək ki, bu rənglərə tərəfdaş olaraq qara rəng daha çox uyğun gələcək”. Payız aylarında əsasən trikotaj geyimlərin dəbdə olacağını açıqlayan modelyer, hətta trikotajdan palto, plaş və jaketlərin aktual olacağını deyib. Onun sözlərinə görə, trikotaj geyimlər bu mövsümün hitinə çevriləcək.

F. Xələfova qısa və dar, dörd düymədə bağlanan pencəklərin üstünlük təşkil edəcəyini deyib. Ətəklərə gəldikdə isə, karandaş üslublu, yəni dar düz və qatlı ətəklər yenidən populyar olacaq. Hər iki mövsümün ziyafət geyimləri həm parça, həm də forma və rəng baxımından yay mövsümündən fərqlənəcək: “Atlaslar çox populyar olacaq. Ziyafət geyimlərində rəng çalarları boz metal və qırmızı rəngdə daha aktual olacaq. Ümumiyyətlə ziyafət geyimlərində idman üslubunda elementlər də əskini tapacaq. Payız və qış mövsümündə əlcəklər qarderobun vaz keçilməz hissəsinə çevriləcək. Əlcəklər sadəcə soyuqdan qorunma funksiyasına görə deyil, həm də geyimi tamamlayan bir vasitə kimi istifadə olunacaq. Bir zamanlar dəbdə olan toxunma uzun şərflər bu ilin də modasında öz yerini tutacaq. Bir sözlə, əlcək və şərflər bu mövsümün ən hit elementinə çevriləcək”.

Kişi geyimlərində mövsümün hiti kimi açıq çəhrayı, açıq mavi, ağ və tünd rənglərdə olan köynəkləri qeyd edən modelyer, əsasən ingilis üslubunun dəbdə olacağını və bu kişi geyimlərdə də 60-70-ci illərin elementləri, cizgilərinin öz əksini tapacağını qeyd edib.

Modelyer Gülnarə Xəlilova da 2008-ci ilin payız və qış mövsümünün dəbinin üç hissəyə bölündüyünü açıqlayıb: “Trapesiyada işgüzar üslub və maksi uzunluq dəbdə olacaq. Yayda artıq çəki alan xanımlar üçün bu, böyük hədiyyə olacaq. Çünki həm işgüzar, həm də sükan arxasında olan xanımlar bu geyimlərdə rahat olacaqlar. Üçüncü dediyim oval forma həcmli siluet, yəni bel şəklindən hündür şəkil adlanır. Yaxalıqlar də bu mövsümün dəbinə daxildir. “Obnimi menya” effektli paltolar, ətəklər, qısa jaketlər, iri toxunuşlu trikotaj, qatlı paltarlar dəbdə olacaq. Bu mövsümdə konkret olaraq ya qısa, ya da uzun olan ətəklər üstünlük təşkil edəcək. Yuxarıdan gen, bel hissəsinə düşərək bədəninin formasını göstərən köynəklər hər iki mövsümdə xanımların qarderobunu bəzəyəcək”. Ağ və qara rənglərin öz aktuallığını qoruyub saxlayacağını deyən G. Xəlilovanın sözlərinə görə, bu mövsümdə çəhrayı, qəhvəyi, tünd göy, moruq, firuzə, şaftalı və nanə rəngləri gündəmdə olacaq. Bu mövsümdə ətəyi dar şalvarlar yenə də dəbdə olacaq. Xanımların nəzərinə çatdıraq ki, bu mövsümdə yumru burun çəkmələr yerini iti burunlu çəkmələrə verəcək.

Modelyer Zemfira Qurbanova boz və qəhvəyi, yaşıl rəngin müxtəlif çalarlarının payız mövsümü üçün aktual olacağını bildirib. Son zamanlar modada ümumiyyətlə idman üslubunun zəiflədiyini açıqlayan modelyer, bu halın uzun müddət belə davam edəcəyini qeyd edib. Modelyerin bildirdiyinə görə, bantlı ayaqqabılar bu mövsümün dəbini təşkil edəcək.

Stilist Syamanın fikrincə, kişilər üçün bədənin formasını götürən kostyumlar, qısa pencəklər, ətəyi bir az dar şalvarlar dəbdə olacaq. Qadınlar üçün bir zamanlar dəbdə olan beldən aşağıda qalan şalvarlar nəhayət ki, dəbdən düşəcək: “Yaya nisbətən payız aylarında daha sakit rəngli geyimlərə üstünlük veriləcək. Tünd çəhrayı, açıq mavi rəng də bu mövsümdə aktual olacaq. Qadınlara ziyafət geyimlərində əsasən qızılı rəngə üstünlük vermələrini məsləhət görürəm. Artıq gümüşü rəngli ziyafət paltarları qızılı rəngli gecə geyimləri ilə əvəzlənəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267