Ötən il 120 milyon dollar qazanan Madonna ilin ən uğurlu sənətçisi hesab olunur

Vaşinqton-APA. Madonnanın “Sticky & Sweet” turu çərçivəsində çıxışları 2008-ci ilin ən bahalı konsert proqramları hesab olunub. APA-nın məlumatına görə, “Ticketmaster” şirkəti Madonnanın konsertlərinin biletinin orta qiymətinin 378 dollar olduğunu açıqlayıb. Sənətçi 12 ay ərzində 120 milyon dollar qazanaraq ilin ən uğurlu müğənnisi statusunu qazanıb. Bu göstəriciyə görə ikinci yeri Elton Con tutur. Onun şou-proqramlarına biletlərin orta qiyməti 306 dollar təşkil edib. İlk üçlükdə həmçinin “The Eagles” qrupu da təmsil olunur (279 dollar). Reytinq cədvəlində sonrakı yerləri AC/DC qrupu və Tina Terner (263 dollar), Selin Dion (240 dollar), Bryus Sprinqstin (235 dollar), “Coldplay” qrupu (217 dollar), Nil Daymond (217 dollar), “The Polise” qrupu (216 dollar) tutur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267