Rusiyalı rəqqasə Oksana Rəsulova Azərbaycanda yaşamağa qərar verib – FOTO

rusiyali reqqase oksana resulova azerbaycanda yasamaga qerar verib foto
Bakı. Ülkər Qasımova - APA. Uzun illərdir Rusiyada yaşayan, müxtəlif ölkələrdə keçirilən beynəlxalq rəqs festivalları və müsabiqələrində Rusiyanı təmsil edən həmyerlimiz, rəqqasə Oksana Rəsulova Azərbaycanda yaşamağa qərar verib. Rəqqasə APA-ya açıqlamasında 4 aya yaxındır Bakıda yaşadığını və bu qərarı özünün verdiyini deyib: “On altı ildir hind rəqsləri ifa edirəm və on ilə yaxındır beynəlxalq rəqs müsabiqələrində, festivallarda Rusiyanı təmsil edirəm. Ancaq bu il Azərbaycanda yaşamağa və beynəxlalq festiavallarda Azərbaycanı təmsil etməyə qərar verdim”.

O. Rəsulova bildirib ki, Rusiya adından qatıldığı festivallarda Azərbaycanın təmsil olunmaması ona pis təsir edib: “Bu festivallarda Ermənistan təmsilçiləri var idi, ancaq Azərbaycandan heç kim olmurdu. Mən də qərar verdim ki, bundan sonra festivallarda Azərbaycanı təmsil etməliyəm və qazanacağım uğurlar Azərbaycanın adı ilə bağlı olmalıdır. Çox istəyirəm ki, Azərbaycanda məni azərbaycanlı rəqqasə kimi sevsinlər”.

25 yaşlı rəqqasə hind rəqsləri üzrə bir neçə dəfə laureat adını qazandığını söyləyib: “Mən hind estrada rəqsləri oynayıram və bu sahədə Azərbaycanda özümə rəqib görmürəm. Bəlkə də var, mən qısa müddətdir Bakıdayam və hələ görməmişəm. Əlbəttə, azərbaycanlı rəqqasə kimi Azərbaycanın xalq rəqslərini də öyrənmək istəyirəm. Yəqin ki, yaxın vaxtlarda bunun hazırlıqlarına başlayacağam.”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272