Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

azerbaycan ve cin turizm sirketleri arasinda emekdasliq sazisi imzalanib

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Büronun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sağlamlıq turizmi sahəsində ixtisaslaşan şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə əsasən onlar vətəndaşlarını daha çox Naftalana cəlb edəcəklər. Tur-paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar.

 

İl ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir. Əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni saziş isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

 

Qeyd edək ki, 2017 ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10258 nəfər təşkil edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272