Həsən Ruhaninin iştirakı ilə “Təbriz - 2018” tədbirlərinə start verilib

Təbrizin 2018-ci ildə islam dünyasının turizm paytaxtı seçilməsi ilə bağlı tədbirlərə İran prezidenti Həsən Ruhaninin iştirakı ilə start verilib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, tədbirdə İran rəsmi şəxsləri və 20 ölkədən nümayəndələr iştirak edir.  

 
Tədbirin rəsmi açılışı ilə Təbriz şəhərində 2018-ci il üçün turizm sahəsində xüsusi güzəştlərin tətbiqinə başlanıb. Belə ki, hotellərdə, xalça dükanlarında, ayaqqabı və dəri məmulatları mağazalarında xüsusi güzəştlər tətbiq olunur, ənənəvi yeməklər verilir,  muzey və tarixi abidələrin ziyarəti pulsuz təşkil olunur.  

 

Təbrizdə müxtəlif tayfaların iştirakı ilə əl işləri sənayesi sərgisi də təşkil ediləcək.

 
Qeyd edək ki, “Təbriz-2018” tədbirləri çərçivəsində il ərzində bu şəhərdə xidmət sektoru 24 saat fəaliyyət göstərəcək.
 

Xatırladaq ki,  2019-cu ildə İslam ölkələrinin turizm paytaxtı Bakı şəhəri seçilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272