Nazir: "Turizm Agentliyinin yaradılması mədəniyyət və turizm sahəsində idarəçiliyin təkmilləşdirilməsində böyük əhəmiyyətə malikdir”

“Azərbaycanda turizm sənayesi son illər yeni mərhələyə qədəm qoyub. Bu işlərin məntiqi nəticəsi olaraq, hər il Azərbaycana gələn turistlərin sayı artır”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının açılış mərasimində deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb: “Bu sərəncam mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində böyük əhəmiyyətə malikdir”.

 

Nazir əlavə edib ki, ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub: “Azərbaycanın uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır. Məhz bu əməkdaşlıq nəticəsində 2016-cı il yanvarın 21-də assosiasiyanın Baş Assambleyası tərəfindən “Qalaaltı” kurortu qurumun “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub. İndi ölkəmizdə bu şəhərlərin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər görülür. Bizim buna çox böyük potensialımız var. Bölgələrimizdə həm tarixi abidələr, mədəni irs nümunələri, həm də bu cür təbii turizm imkanları mövcuddur. Naftalan, Lənkəran və Qəbələ şəhərlərinin bu marşruta qoşulması nəzərdə tutulub. Bu da öz növbəsində ölkəmizə gələn xarici turistlərin sayının artmasına öz təsirini göstərəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272