Ötən il Gürcüstana 967 mindən çox Azərbaycan vətəndaşı səfər edib

oten il gurcustana 967 minden cox azerbaycan vetendasi sefer edib

Gürcüstanın Milli Statistika İdarəsi 2017-ci ildə ölkəyə səfər etmiş əcnəbi ziyarətçilərin sayı ilə bağlı araşdırmanın nəticələrini təqdim edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, ötən il Azərbaycandan qonşu ölkəyə 967,6 min nəfər səfər edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə ötən il səfər edənlər arasında birinci yeri tutub. 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə Gürcüstana səfər etmiş Azərbaycan vətəndaşlarının sayında 22,5% artım qeydə alınıb.

 

Azərbaycan vətəndaşları Gürcüstana səfər etmiş ümumi əcnəbi ziyarətçilərin 18,9%-ni təşkil edib. 

 

Ötən il Gürcüstana 7,9 mln. rezident olmayan beynəlxalq səyahətçi səfər edib. Onların 6,5 mln. nəfərini (+20,2%) beynəlxalq ziyarətçi təşkil edib.

 

2017-ci ildə qonşu ölkəyə səfər edənlərin 37,7%-i istirahət, 22,2%-i dost və ya qohumlara baş çəkmək, 18,1%-i digər ölkəyə tranzit, 9,5%-i alış-veriş, 8,2% biznes, 2,7%-i müalicə və 1,4%-i isə digər məqsədlərlə Gürcüstana gedib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272