Səfir: “Tacikistanda ekoloji və səhiyyə turizminə xüsusi önəm verilir”

“Tacikistanda atçılıq, velosiped turizmi inkişaf edib”.

 
APA-nın xəbərinə görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliev Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

Ölkəsinin turizm potensialı haqqında məlumat verən səfir bildirib ki, Tacikistan həm də ekoloji, səhiyyə turizminə xüsusi önəm verir. 
   

Dünyada terrorizmlə mübarizədən söz açan R.Soliev deyib ki, Tacikistan qonşu ölkələr, eləcə də Azərbaycanla terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: "Terrorizmlə mübarizədə bütün qonşu dövlətlərlə əməkdaşlıq edirik. Bütün bunlar terrorizm cəhdlərinin qarşısının alınmasına yönəlib. Terrorizmə beynəlxalq əməkdaşlığı gücləndirməklə son qoymaq mümkündür ". 
 
 
Səfir bildirib ki, 3-4 may tarixlərində Tacikistanda terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması üzrə yüksək səviyyəli beynəlxaq konfrans təşkil edilib. Konfransda "Düşənbə" Bəyannaməsinin qəbul edildiyini deyən diplomat sənəddə bununla bağlı bütün detalların əks olunduğunu bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272