Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

azerbaycanla pakistan arasinda birbasa aviareysler acilacaq

“Pakistan və Azərbaycan arasında birbaşa aviareyslərin açılması ilə bağlı səfirliklər səviyyəsində iş aparılır. İnanırıq ki, növbəti aylarda və yaxud gələn il birbaşa hava reysləri açılacaq. Pakistanın bəzi şirkətləri də bu işdə maraqlıdır". 


APA-nın xəbərinə  görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.  
 

O qeyd edib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə Azərbaycana səfər edən pakistanlıların sayı 6 dəfə artıb: "Bu il də artım müşahidə olunur". 
 

Ə. Əlizadənin sözlərinə  görə, ölkələrimiz arasında ticarət  dövriyyəsinin həcmində cari ilin birinci rübündə artım tendensiyası müşahidə olunur: "İqtisadi, ticari sahədə strateji tərəfdaşlıq səviyyəsinə çatmalıyıq, verilən tapşırıqlara əsasən bu istiqamətdə  işlər görülür". 
 

Səfir bildirib ki, bu il Ramazan ayı ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda iftar mərasimi təşkil edilib. O qeyd edib ki, gələcəkdə də belə təşəbbüslər davam etdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272