Yeddi tarix-memarlıq və mədəniyyət qoruğu, “Şahdağ” Qış-Yay Turizm Kompleksi Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

yeddi tarix memarliq ve medeniyyet qorugu sahdag qis yay turizm kompleksi dovlet turizm agentliyinin tabeliyine verilib

Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda əksini tapıb.

 

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

 

“Şahdağ” Qış-Yay Turizm Kompleksi və  Milli Kulinariya Mərkəzi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alıb.

 

Qeyd edək ki, bu qoruqlar əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272