ABŞ-ın Miçiqan Universitetində Dağlıq Qarabağla bağlı gərgin debatlar baş verib

abs in miciqan universitetinde dagliq qarabagla bagli gergin debatlar bas verib
Zaur Həsənov. Vaşinqton-APA. Miçiqan Universitetinin Erməni Araşdırmaları Proqramı və proqramın rəhbəri Jerar Lebardyanın təşkilatçılığı ilə “Kosovodan sonra Qarabağın yolu” mövzusunda müzakirələr təşkil olunub.
APA-nın ABŞ bürosunun məlumatına görə, seminarda çıxış edən Rusiyanın erməni mənşəli eksperti Antranik Miqranyan bildirib ki, Rusiyanın ilk olaraq Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyəti olmayıb: “Lakin Mixail Saakasvilinin kəskin bəyanatları, bunun arxasınca davam edən avqust hadisələri rəsmi Moskvanı radikal addımlar atmağa vadar edib”. Onun sözlərinə görə, hadisələrin belə inkişafında rəsmi Vaşinqtonun da mühüm rolu var. A. Marqaryanın qənaətinə görə Amerikanın son 15 ildə xarici siyasi kursunda silaha əl atması, Yuqoslaviya, İraq, Əfqanıstanda reallaşdırdığı hərbi əməliyyatlar II Dünya Müharibəsindən sonra yaranan beynəlxalq hüquq sistemini sarsıdıb. Nəticədə Rusiyada bir sıra xarici münaqişələrin həll olunmasında silaha əl atmağı qəbahət saymayıb.

Kosovonun müstəqilliyinə toxunan A. Miqranyan bildirib ki, Kosovonun digər münaqişələr üçün president olmaması barədə qərb diplomatlarının bəyanatı reallığı əks etdirmir: “Əgər siz Kosovo münaqişəsini Tiflislə Suxumi, Tiflislə Tsxinvali və ya Bakıyla Stepanakert (Xankəndi) arasında münasibətləri ilə müqayisə etsəniz, heç bir fərq tapa bilməzsiniz”.

Digər tərəfdən Miqranyan sabiq Sovet İttifaqı dövründə sərhədlərin süni olaraq kommunist rejim tərəfindən çəkildiyini, həmin ölkədə yaşayan insanların iradəsinə zidd olduğunu deyib: “Bütün bu səbəblərə görə də Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququ var”.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Elin Süleymanov isə A. Miqranyanın fikirlərinin səhv olduğunu bildirib: “Kosovo bizim regionda olan münaqişələrə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə president deyil. Əvvala, Kosovonun taleyi ilə bağlı qərarı bir tərəfdən Qərb qəbul edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində nə ABŞ, nə Rusiya, nə də bəzi iri Avropa dövlətləri həll edici səsə məlik deyillər.

İkincisi, Kosovo münaqişəsində qonşu Albaniya Kosovonu işğal etməyib və Albaniyanın indiki siyasi liderləri də Kosovodan çıxmayıblar. Necə ki, Ermənistan bütün formalarda Dağlıq Qarabağ münaqişəsində təmsil olunub, həmçinin beynəlxalq aləm tərəfindən münaqişə tərəfi kimi tanınır.

Üçüncüsü, Kosovo NATO-nun regionda apardığı əməliyyatdan sonra, uzun illər səlahiyyətli beynəlxalq qurumlar tərəfindən idarə olunub, bu da həmin əraziyə az da olsa hər hansı legitimlik verir.

Dördüncüsü, Kosovoda hərbi cinayətlər yerli sakinlərə qarşı rəsmi Belqrad tərəfindən həyata keçirilib, Dağlıq Qarabağda isə hərbi cinayətlər qonşu Ermənistanın əli ilə baş tutub. Məsələn, ermənilər Xocalıda insanlığa qarşı cinayət törədiblər”.

E. Süleymanov həmçinin bildirib ki, sabiq Sovet parlamentinin ölkənin bölgələrinin öz iradəsinə uyğun olaraq ayrılma hüququ verən qanuna istinad etmək düz deyil. Çünki nə Dağlıq Qarabağ, nə də digər separatçı rejimlər həmin qanuna uyğun olaraq rəsmən onlara müstəqilliyin verilməsi barədə müvafiq orqanlara müraciət etməyiblər.

Baş Konsul azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamaq istədiklərini, ölkədə mövcud olan iqtisadi imkanlardan Azərbaycanın erməni vətəndaşlarının da istifadə etməsinə müsbət baxdığını bildirib. Lakin baş konsul bunun üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını mütləq meyar olduğunu da vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267