ABŞ-ın Miçiqan Universitetində “Kosovodan sonra Qarabağın yolu” adlı seminar keçirilib

Vaşinqton. Zaur Həsənov - APA. ABŞ-ın Miçiqan Universitetində “Kosovodan sonra Qarabağın yolu” mövzusunda seminar keçirilib. APA-nın ABŞ bürosunun xəbərinə görə, universitetin Ermənistan Araşdırmaları Proqramı tərəfindən təşkil olunan seminarda çıxış edən erməni mənşəli isveçrəli ekspert Viçken Çeteriyan bildirib ki, 2001-ci ildə prezidentlər Heydər Əliyev və Robert Köçəryanın Ki Uestdə keçirilən görüşündən sonra münaqişənin həlli istiqamətində ciddi danışıqlar olmayıb. Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasını səhv addım adlandıran ekspert deyib ki, bununla Tiflis Moskvanın təsir dairəsindən birdəfəlik çıxıb. Onun fikrincə, perspektivdə bölgədə Rusiya faktoru güclənəcək, Azərbaycan və Ermənistan isə konfrontasiyaya davam edəcəklər.

Kaliforniya Universitetinin mütəxəssisi Ben Qrehem isə Kosovonun Dağlıq Qarabağ üçün presedent olmadığını söyləyib. O, hesab edir ki, yaxın gələcəkdə münaqişənin həlli ehtimalı çox deyil və danışıqlarda irəliləyişin təmin edilməsi tərəfsiz, nüfuzlu üçüncü tərəfin təminatı ilə baş verə bilər. B. Qrehemin sözlərinə görə, üçüncü tərəf Rusiya ola bilməz.

Corciya Texnoloji İnstitutunun nümayəndəsi Mikulas Fabri isə əlavə edib ki, Kosovo bir müddət əvvəl tanınsa da, heç bir nüfuzlu beynəlxalq təşkilatın üzvü ola bilməyib: “Heç Ermənistan özü də Kosovonun müstəqilliyini tanımayıb. Digər tərəfdən, Kosovo müstəqillik əldə etdiyi dövrdən sonra da bütün beynəlxalq təşkilatlarda Dalıq Qarabağla aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ali prinsip olduğu vurğulanıb”. Natiq xüsusən 2008-ci ildə BMT Baş Assambleyasında münaqişə ilə bağlı qəbul olunan qətnaməni xatırladıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267