AŞ PA-da azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı yazılı bəyanat yayılıb

Strasburq. Aleksandr Kin-APA. AŞ PA-da azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanat yayılıb. APA-nın Avropa bürosunun xbərinə görə, bəyanatın AŞ PA-nın rəsmi sənədi kimi tanınması üçün Böyük Britaniya, Almaniya, Türkiyə, Latviya, Estoniya, Bolqarıstan, Albaniya və s ölkələrdən olan 20-dən çox millət vəkilləri tərəfindən imzalanıb və qurumun yazılı bəyanatı kimi qəbul edilərək yayılıb. Bu gün Assambleyanın iclasında qurumun belə bir yazılı bəyanatının qəbul olunduğu rəsmən bəyan edilib.

Sənəddə deyilir ki, Stalin hakimiyyəti dövründə deportasiya olunan bütün xalqların öz yurd-yuvalarına dönmə haqqı tanınıb. “Amma 1948-53-cü illərdə Ermənistandan öz tarixi ata-baba yurdlarından deportasiya olunan azərbaycanlıların geri qayıtmaq haqqını bu günə qədər Ermənistan tərəfi tanımaq istəmir. 60 ildən artıqdır ki, Ermənistan tərəfi həmin insanların fundamental insan haqlarını pozur”.

“Rəsmi İrəvan 60 il əvvəl Ermənistandan deportasiya olunan 150 min azərbaycanlının öz yurd-yuvasına dönüş haqqını tanımamaq və təmin etməməklə bu insanların təməl haqlarını pozmaqda davam edir. Azərbaycanlılar istisna olmaqla, Stalin dövründə deportasiya olunan bütün xalqların öz vətənlərinə geri dönüş haqqı tanınıb və təmin olunub. Bu gün yalnız azərbaycanlılar bu haqlardan məhrumdurlar”.

Sənəddə vurğulanıb ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin laqeyd münasibəti nəticəsində 1988-ci ildə Ermənistan bu gün Avropa Şurasının da qarşı çıxdığı monoetnik dövlət yaratmaq siyasətini davam etdirərək, bütün azərbaycanlıları öz doğma yurd-yuvalarından qovub. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 min azərbaycanlı öz tarixi ata-baba yurdundan zorla qovulub.
Bəyanatda o da qeyd edilib ki, insan haqlarını özünün prioriteti elan edən AŞ PA, habelə təşkilata üzv ölkələr azərbaycanlılara qarşı törədilən bu cinayətləri pisləyir və AŞ, üzv ölkələri çağırır ki, 1948-53, 1988-ci illərdə öz tarixi vətənlərindən deportasiya olunan, zorla qovulan azərbaycanlıların öz yurdlarına dönməsi kimi təməl haqlarının tanınması və təmin edilməsi üçün Ermənistana sərt təsir və təzyiq mexanizmlərini işə salsın.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267