Azərbaycan “Avropa memarlıq abidələrinin qorunmasına dair” konvensiyaya qoşulub

azerbaycan avropa memarliq abidelerinin qorunmasina dair konvensiyaya qosulub
Bakı. Ülkər Qasımova, Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycan paytaxtında Avropa Şurasına (AŞ) üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransının ilk günün sonunda bir sıra sənədlər imzalanıb.
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının baş katibi Terri Devis arasında Azərbaycanın “Avropa memarlıq abidələrinin qorunmasına dair” konvensiyaya qoşulması barədə saziş imzalanıb.

Bundan başqa, Ə. Qarayevlə Slovakiyanın Mədəniyyət Nazirliyinin baş katibi Yozef Lanq arasında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş, o cümlədən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə Ə. Qarayev arasında “İslam Konfransı Mədəniyyət nazirlərinin 6-cı Konfransının təşkil olunması barədə Protokol” imzalanıb.

Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Ərəb Ölkələri Birliyinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ALEKSO) baş direktoru Mongi Bousni arasında ALEKSO-nun AŞ-nin Mədəni irsin cəmiyyət üçün əhəmiyyəti haqqında çərçivə Konvensiyasına qoşulmasına dair də sənəd imzalanıb.

Tədbir sabah davam etdiriləcək, konfransın yekunlarına dair Bakı Bəyannaməsi imzalanacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267