Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Pereslə görüşüb

azerbaycan prezidenti ilham eliyev israil prezidenti simon peresle gorusub
Bakı – APA. Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Pereslə görüşüb.
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ. Əliyevin bp şirkətinin prezidenti Toni Heyvordla da görüşü olub. Görüşdə Azərbaycanla bp arasında uzunmüddətli məhsuldar, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan önəmi vurğulanıb, bp ilə əməkdaşlığın genişlənəcəyinə əminlik bildirilib.

Azərbaycanın dövlət başçısı Davosda növbəti görüşünü Latviya prezidenti Valdis Zatlerslə keçirib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunub, qarşılıqlı əlaqələrin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa töhfəsini verdiyi bildirilib, həmçinin yüksək səviyyədə görüşlərin bu əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb.

İki ölkə arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildiyi görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Prezident İ. Əliyevin İsveçrəyə səfəri davam edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267