Azərbaycan prezidenti Ukraynaya səfər edəcək

azerbaycan prezidenti ukraynaya sefer edecek

Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

 

APA-nın məlumatına görə, bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

 

Açıqlamada bildirilir ki, tərəflər səfər çərçivəsində keçiriləcək Ukrayna-Azərbaycan Prezidentlər Şurasının 6-cı iclasına hazırlığı müzakirə ediblər. Ölkə başçıları bütün səviyyələrdə Ukrayna-Azərbaycan dialoqunun aktivləşdiyini bildiriblər.

 

İqtisadi məsələlərə dair Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının Kiyevdə keçiriləcək iclasına hazırlıq kontekstində ticarət dövriyyəsi ilə bağlı ötən ilin yekunlarına aid rəqəmlərdə nəzərəçarpacaq artımın müşahidə edildiyi qeyd olunub. Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəyişməz dəstəyi vurğulayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272