Azərbaycanın müdafiə naziri Moskvaya gedib

Bakı - APA. Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yanvarın 30-da Moskvaya işgüzar səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşəcək.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bir qədər əvvəl ölkəsinin Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verməsi ilə bağlı yayılmış məlumatların iki ölkənin xarici işlər və müdafiə nazirlərinin yaxın vaxtlarda keçiriləcək görüşündə müzakirə olunacağını bildirib. S. Əbiyevin Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə müzakirə edəcəyi məsələlər sırasında Ermənistana silah-sursat verilməsi barədə məlumatların əsas yer tutacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267