“Belçika aktuel” teleproqramının növbəti buraxılışı AXC-nin 100 illiyinə həsr olunub

belcika aktuel teleproqraminin novbeti buraxilisi axc nin 100 illiyine hesr olunub

Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, proqramda səfir Fuad İsgəndərov və Brüssel Universitetinin doktorantı Yalçın Məmmədovun müsahibələrinə yer ayrılıb.

 

Müsahibələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının müstəqilliyə çatmaq üçün keçdiyi mürəkkəb tarixi yol, ölkəmizin bugünkü sosial və iqtisadi inkişafı barədə bəhs edilib, Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrdə əldə etdiyi nailiyyətlər, iştirak etdiyi irimiqyaslı enerji layihələri, ölkəmizin ev sahibliyi etdiyi musiqi və idman yarışları, eləcə də turizm potensialı barədə izləyicilər ətraflı məlumatlandırılıb.

 

Proqramda həmçinin Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən reportajlara yer ayrılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272