Beynəlxalq Böhran Qrupu Azərbaycanda ordu islahatları ilə bağlı açıqlama yayıb

Bakı. Viktoriya Dementyeva-APA. Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycanda ordu islahatları ilə bağlı açıqlama yayıb. BBQ-nin Qafqaz layihəsinin direktorluğundan APA-ya daxil olan məlumata görə, açıqlamada bildirilir ki, Beynəlxalq Böhran Qrupu Azərbaycanın hərbi sahədə üzləşdiyi çətinlikləri tədqiq edib: “Beş il ərzində Azərbaycanın müdafiə büdcəsinin on dəfə artması və Dağlıq Qarabaği hərbi yolla azad edəcəyi ilə bağlı rəsmi Bakının açıqlamaları narahatlıq yaradıb. İslahatların köməyi ilə ordu daha məsuliyyətli ola bilər, korrupsiyaya uğramaz və demokratiyaya töhfə verər. Sərt qərarlara həvəssizlik, Rusiya və İranla münasibətlərin tarazlaşdırıldığı bir vaxtda NATO-nun tövsiyələrindən və onunla əməkdaşlıqdan lazımınca istifadə etməmək orduda qabiliyyətsizliyi, korrupsiyanı və qeyri-düzgün davranışı azaltmaq üçün göstərilən səylərə mənfi təsir göstərir. Ermənistanla incə hərbi tarazlıq isə hələlik qorunur”.

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsi üzrə direktoru Lorens Hits bildirib ki, müdafiə sahəsindəki islahatlar bütünlüklə demokratik prosesin ayrılmaz bir hissəsi olmalıdır: “Əgər Azərbaycan hərbi sahədə də islahatlar aparırsa, bu, hökumət və cəmiyyətdə aparılan islahatlara da əhəmiyyətli şəkildə təsir göstərməlidir”.

Sənəddə qeyd olunur ki, Azərbaycan müdafiə sahəsində, eləcə də artan hərbi xərclərlə bağlı məlumatların yayılması sahəsindəki təcrübəsini təkmilləşdirməli, hərbi islahatlar sahəsində Azərbaycan və Ermənistana yardım edən NATO hər iki ölkənin hərbi qurumları arasında dialoqu sürətləndirməli, Avropa Birliyi, ABŞ və Rusiya da daxil olmaqla beynəlxalq ictimaiyyət hər iki tərəfə münaqişəni sülh yolu ilə həll etmələri üçün daha çox təsir göstərməlidirlər.

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramı üzrə direktoru Sabina Freyzer bildirib ki, bu, həm Azərbaycana hərbi sahəsində yüksək irəliləyişə nail olmaq üçün dərin hüquqi islahatların aparılmasına, eləcə də NATO və digər demokratik dövlətlərə yardım etmək imkanlarını düşünməyə imkan verir. “Lakin fundamental ehtiyac bu regionda sabitliyin və hələ də təhlükə mənbəyi kimi qalan Dağlıq Qarabağ münaqişəsinin müharibə deyil, diplomatik yolla həllini təmin etmək marağında olan hər kəs üçündür”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267