Bu gün Davos Forumu başlayır

Bakı. Viktoriya Dementyeva – APA. Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Dünya İqtisadi Forumu başlayır. APA-nın məlumatına görə, forumda 40-a yaxın ölkənin dövlət və hökumət başçısı, eləcə də biznes aləmini, qeyri-hökumət təşkilatlarını, KİV-i təmsil edən 1200-dən çox adam iştirak edəcək. “Böhran sonrası dünyanı formalaşdırarkən” devizi altında keçiriləcək toplantının əsas müzakirə mövzuları maliyyə böhranı və həm iqtisadi, həm də iqlim dəyişiklikləri sahəsində böhran sonrası proqramların hazırlanması olacaq. Forum rəsmi olaraq öz işinə yanvarın 29-da başlayacaq və Rusiyanın baş naziri Vladimir Putinin çıxışı ilə açılacaq. Toplantının ilk günündə dünya maliyyə böhranı və bu böhrandan çıxış yolları, həmçinin Yaxın Şərqdə yaranmış vəziyyət müzakirə olunacaq. Forumun ikinci günü isə insan haqları və iqlim problemlərinə həsr ediləcək.

Qeyd edək ki, fevralın 1-nə qədər davam edəcək foruma Azərbaycan prezidenti İlham Əliyev də qatılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267