Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbərini Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbəri Hose Luis Herrero Ansolanı Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hose Luis Herrero ölkəmizdə işlədiyi zaman rəhbərlik etdiyi təşkilatın Azərbaycanın icra strukturları və xüsusən də Xarici İşlər Nazirliyi ilə həyata keçirilən səmərəli əməkdaşlığından danışıb. Azərbaycanı xoş təəssüratlarla tərk etdiyini deyən diplomat növbəti iş yerinin Makedoniyada ATƏT-in missiyasının rəhbəri vəzifəsi olduğunu söyləyib. Elmar Məmmədyarov ötən müddət ərzində ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, bu dövr ərzində ölkədə aparılmış fəal demokratik islahatlar barədə danışıb, habelə cənab Herreroya yeni təyinatında müvəffəqiyyətlər arzulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267