Elmar Məmmədyarov: “Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir”

elmar memmedyarov azerbaycan belarus munasibetleri strateji terefdasliq seviyyesindedir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

 

XİN-dən APA-ya bildirilib ki, Elmar Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik edib.
 
Bu ildönümünün ölkələrimiz üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən nazir Elmar Məmmədyarov iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
 
Elmar Məmmədyarov məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan çoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin  müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib.
 
O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
 
Belarus xarici işlər naziri Vladimir Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqtisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.
 
Vladimir Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların  dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin  həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.  
 
Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bu gün olduğu kimi gələcəkdə də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267