Elmar Məmmədyarov Xorvatiya, Lüksemburq, Gürcüstan və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb

Nyu-York-APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak məqsədilə Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı Qordon Yandrokoviç ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə ikitərəfli, beynəlxalq və regional məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov regional münaqişələrin “dondurulmuş” olmadığını, regionda təhlükəsizlik üçün təhdid yaratdığını, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb.
Xorvatiya rəsmisi ölkəsinin Azərbaycanın bu mövqeyini dəstəklədiyini bir daha təkrarlayıb. Qordon Yandrokoviç ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib, Azərbaycanda ÜDM-in artımı və digər göstəricilər barəsində məlumatların sevindirici olduğunu söyləyib.
Elmar Məmmədyarov həmçinin Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn ilə də görüşüb. Söhbət zamanı beynəlxalq, enerji və bir sıra digər məsələlər müzakirə olunub, regional sabitliyin bərqərar olması üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə qeyd olunub ki, Türkiyənin təklif etdiyi “Qafqazda Təhlükəsizlik və İnkişaf Platforması” maraqlı və müsbət təşəbbüsdür.
XİN başçısı səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Yekaterine Tkeşelaşvili ilə də görüşüb..Məmmədyarov regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinin bütün region ölkələrinin maraq dairəsində olduğunu deyib. Regional münaqişələrin həllinin vacibliyini vurğulayan XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Cənubi Qafqazda müsbət şəraitin yaradılmasına əhəmiyyətli töhfə verəcəyi qeyd edib. Görüşdə, həmçinin iki ölkə arasında enerji və nəqliyyat layihələri, bu sahədə mövcud vəziyyət də müzakirə olunub.
Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin (AYK) üzvləri ilə də görüşüb, ikitərəfli, beynəlxalq və regional məsələləri müzakirə edib. AYK nümayəndələri bu yaxınlarda Azərbaycana səfərlərini xatırladaraq, ölkədən xoş təəssüratlarla qayıtdıqlarını qeyd ediblər.
Elmar Məmmədyarov dünən həmçinin Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə görüşüb. Söhbət zamanı ikitərəfli, regional, beynəlxalq, GUAM çərçivəsində əməkdaşlıq, birgə fəaliyyət və enerji məsələləri diqqət mərkəzində olub. Tərəflər həmçinin BMT Baş Assambleyasının 63-cü sessiyasında müzakirə olunacaq məsələlər və qəbul ediləcək sənədlər ətrafında da fikir mübadiləsi aparıblar.
Dünən axşam Elmar Məmmədyarov ABŞ prezidenti Corc Buş və xanımı Lora Buş tərəfindən verilən ziyafətdə iştirak edib. XİN başçısının səfəri davam edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267