GUAM-ın işçi qruplarının toplantıları keçirilib

Bakı. Laçın Sultanova - APA. Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat – GUAM-ın Ticarət və məhsulların nəql olunmasına yardım layihəsinin rəhbər komitəsinin 9-cu iclası keçirilib. APA-nın məlumatına görə, görüşdə GUAM ölkələrinin gömrük xidmətləri rəhbərlərinin müavinləri və sərhəd xidmətlərinin nümayəndələri, eləcə də GUAM katibliyinin təmsilçiləri iştirak ediblər. Növbəti görüşün 2009-cu ilin birinci yarısında Bakıda keçirilməsi barədə razılıq əldə olunub.
GUAM katibliyində həmçinin terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə işçi qrupun ekspertlər səviyyəsində 10-cu iclası keçirilib. 2009-2010-cu illərdə bu işçi qrupunda əlaqələndirməni Gürcüstan həyata keçirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272