Güney Azərbaycan İstiqlal Partiyası Barak Obamaya müraciət edib

Bakı. Ramil Məmmədli – APA. Güney Azərbaycan İstiqlal Partiyası İrandakı insan haqları pozuntuları və bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı ABŞ prezidenti Barak Hüseyn Obamaya müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İranda azərbaycanlıların hüquqlarının pozulması B. Obamanın diqqətinə çatdırılıb: “İrandakı fars azlığı irqi ayrı-seçkilik rejimi yaradaraq azərbaycanlıları öz dilindən, təhsilindən, mədəniyyət və tarixindən məhrum edir. Cənubi Azərbaycan xalqı olaraq azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizə apardığımızı diqqətinizə çatdırmaq istəyirik. Tehranın terrorçu rejimi nüvə silahına malik olmağa çalışır. Bu, dünyanın güc balansını pozacaq və fəlakətli qarşıdurmalara səbəb olacaq”.

“Biz ABŞ-ın dostuyuq” deyən müraciət müəllifləri İranda fars şovinist rejiminin tələsinə düşmüş 30 milyondan artıq azərbaycanlı olduğunu qeyd ediblər: “Regionda sülhə aparan yol Cənubi Azərbaycan xalqının azadlığı və insan hüquqlarının təmin olunmasından keçir. Bizim diqqətə ehtiyacımız var. Bizi Amerikanın müttəfiqi kimi qəbul etməyinizi arzulayırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267