İbrahim Bürhanov: “Azərbaycanda yaşayan Ahıxa türklərindən 51 ailə artıq Gürcüstandakı evlərinə qayıdıb”

Bakı. Viktoriya Dementyeva-APA. “Bu gün 30-40 min Ahısxa türkü Gürcüstandakı yurdlarına dönmək fikrindədir”. Bu açıqlamanı APA-ya Ahısxa türklərinin “Vətən” cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Bürhanov verib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 214 kəndində məskunlaşmış Ahısxa türkləri müvafiq anketləri dolduraraq Gürcüstan səfirliyinə təqdim edirlər. Notaruis tərəfindən təsdiqlənmiş bu sənədlər Gürcüstanın qaçqınların məskunlaşması üzrə Dövlət Komitəsinə göndərilir. Ahısxa türklərinə repatriant statusu bu komitə tərəfindən verilir. İbrahim Bürhanov hazırda 10 min Ahısxa türkünün müvafiq anketləri doldurduğunu, yanvarın 1-nə kimi bu rəqəmin 12,500-ə çatacağını bildirib: “10 min anket doldurulması 30-40 min insanın öz Vətəninə qayıtmaq istəməsi deməkdir. Çünki anketləri təkcə ailə başçıları doldurur”. İbrahim Bürhanov artıq 51 Ahısxa türkü ailəsinin Gürcüstana köçdüyünü və onların məskunlaşmasında heç bir problem olmadığını qeyd edib: “Soydaşlarımızın öz yurdlarına qayıtması uzun müddət vaxt apara bilər. Bu prosesi sürətləndirmək isə bizim vəzifəmizdir. Prosesi sürətləndirmək üçün bu işə Türkiyə və müxtəlif beynəlxalq təşkilatları cəlb etmək lazımdır. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı, həmçinin ATƏT-in milli azlıqlar üzrə Komissarlığı bu prosesə cəlb olunub. Avropa Şurasının azsaylı əhalinin hüquqları üzrə mərkəzinin rəhbəri də bizimlə əməkdaşlıq edir. Onlar müxtəlif treninqlər keçir, anket-ərizələrin doldurulmasına yardım göstərirlər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267