İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalı aclığı davam etdirir

Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan, jurnalist Şahnaz Qulamiyə qarşı irəli sürülən ittihamla bağlı ibtidai istintaq prosesi davam etdirilir. Ş. Qulaminin Hüquqlarını Müdafiəsi Komitəsindən APA-ya verilən xəbərə görə, bu barədə dissident jurnalistin vəkili Nağı Mahmudi məlumat verib. N. Mahmudi bildirib ki, müdafiə etdiyi şəxs dekabrın 19-dan etibarən saxlandığı Təbriz həbsxanasında aclıq aksiyasını davam etdirir. Vəkilin sözlərinə görə, 4 gün öncə Ş. Qulamiyə qızı Hüsna ilə görüşə imkan verilib. N. Mahmudi bildirib ki, Ş. Qulaminin işində cinayət tərkibinin olub-olmaması araşdırılır və bu məqsədlə jurnalist dindirilmək üçün tez-tez İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Təbriz Şöbəsinə aparılır.
Qeyd edək ki, Şahnaz Qulami İran Xalq Mücahidlər Hərəkatındakı fəaliyyətinə görə, 1989-1994-cü illərdə həbsdə olub. 2007-cı ilin mayında isə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılıb. Ş. Qulami bu ilin noyabrın 9-da da milli fəaliyyətinə görə, saxlanılıb və həmin ayın 22-də isə İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) təcridxanasından Təbriz həbsxanasına köçürülüb. Ş. Qulami İran Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272