İtaliyanın baş naziri Sİlvio Berluskoninin Azərbaycana səfəri gözlənilir

italiyanin bas naziri silvio berluskoninin azerbaycana seferi gozlenilir
Bakı. Viktoriya Dementyeva-APA. Gələn il İtaliyanın baş naziri Silvio Berluskoninin Azərbaycana səfəri gerçəkləşə bilər.
Bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Jan Luici Maşa məlumat verib: “Cənab Berluskoni Azərbaycan prezidentinin İtaliyaya səfərindən çox məmnun qalıb. Düşünürəm ki, yaxın gələcəkdə Silvio Berluskoninin Bakıya səfəri reallaşa bilər. Hələlik səfərin dəqiq vaxtı barədə danışmaq tezdir, lakin baş nazir Azərbaycana səfər etməyə söz verib”. Səfir Azərbaycan prezidentinin İtaliyaya səfərinin çox uğurlu olduğunu bildirib: “Biz Azərbaycan dövlət başçısının yenidən Romada qəbul etməyə çox şad olarıq. Cənab İlham Əliyev səfər zamanı baş nazir və parlamentin spikeri ilə ikitərəfli əməkdaşlıq, regional problemlər ətrafında müzakirələr aparıb. Danışıqlarda enerji dəhlizləri və Avropanın enerji daşıyıcıları ilə təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib”. Səfir qeyd edib ki, müzakirə olunan əksər məsələlər ətrafında tərəflərin mövqeləri üst-üstə düşüb və bu baxımdan səfər çox konstruktiv xarakter daşıyıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267