Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailin müdafiə naziri ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin İsrailə səfəri davam edir. Səfər çərçivəsində İsrailin müdafiə naziri Aviqdor Liberman, sosial bərabərlik naziri Gila Gamliel, Knesetin sabiq Prezidenti, İsrailin sabiq prezidenti Dalia Itzik, sabiq baş nazir Ehud Barak, sabiq xarici işlər naziri Tzipi Livniylə görüşlər keçirilib.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti İsrail siyasətçilərinə mərkəzin fəaliyyəti, qarşısına qoyduğu hədəflər, gələcək planları barədə məlumat verib. VI Qlobal Bakı Forumunun yekunları ilə bağlı müzakirələr aparılıb. 2019-cu ildə keçirilməsi planlaşdırılan VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər haqqında danışılıb.

 

Müzakirələr zamanı Yaxın Şərqdə sülh və təhhlükəsizliyin təmin olunması məsələsinə də toxunulub. Mərkəzin böyük siyasi təcrübəyə malik üzvlərinin irəli sürdüyü ideya və təkliflərin bu prosesə töhfə verə biləcəyi qeyd edilib.

 

Bundan başqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsraillə əlaqələrin genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Azərbaycanla tərəfdaşlıq münasibətlərinin bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkan yaratdığı bildirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272