Oljas Süleymenov: “İşğal altında olan ərazilərdə Azərbaycan xalqına məxsus abidələrin dağıdılması barbarlıqdır”

Bakı. Ülkər Qasımova-APA. “Hazırda mədəniyyətlərarası dialoq məsələsi gündəmdədir. İndiki dövrdə baş verən proseslərin fonunda, dünyadakı böhran vəziyyəti fonunda mədəniyyətlər arasında dialoqun qurulması çox vacibdir”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında məşhur yazıcı və publisist Oljas Süleymenov söyləyib. Bakıda Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə Bakıya gələn Oljas Süleymenov Azərbaycanla bağlı təəssüratlarını bölüşüb: “Bakının küçələrini gəzərkən ümumdünya maliyyə böhranının Azərbaycana təsir etmədiyinin şahidi oldum. Gələn il Azərbaycan ümumi daxili məhsulun inkişaf tempinə görə bütün MDB ölkələrini qabaqlayacaq. Bu, Azərbaycanda mədəni iqtisadiyyatın formalaşmasından xəbər verir. Hazırda konfransda müzakirə olunan məsələlərdən biri budur ki, həm siyasət, həm də iqtisadiyyat mədəniyyətə söykənməlidir, o zaman dünyada heç bir böhran ola bilməz”. Azərbaycanın işğal altında olan ərazilərində maddi-mədəni irsin dağıdılması, abidələrin məhv edilməsi məsələsinə toxunan Oljas Süleymenov bunu barbarlıq adlandırıb: “Burada ikinci bir fikir ola bilməz. Kim mədəniyyətinə dəyər verirsə, o başqa xalqların da mədəniyyətini dəyərləndirir. Buna görə də Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin dağıdılması barbarlıqdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267