Putin: "Rusiya-Azərbaycan siyasi əməkdaşlığında hər şey sabitdir"

“Rusiya və Azərbaycan prezidentləri iqtisadi, siyasi və humanitar əməkdaşlığının yüksək templə inkişaf etdiyini vurğulayıblar”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçıları Kremldə keçirilən görüşdə bildiriblər. "Ötən il bizim ticarət dövriyyəmiz 34,4 faiz artıb. Bu ilin birinci rübündə artım təxminən 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam", - deyə V. Putin bildirib.
 

Azərbaycan prezidenti isə isə Rusiya liderini 12 iyun - Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib: "Əminəm ki, çempionat da çox uğurlu keçəcək, bütün qonaqlar razı qalacaq. Mən də əlaqələrin inkişafından məmnunluğumu bildirmək istəyirəm. Gündəlikdə olan geniş məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bu gün yaxşı imkan var". 

İ. Əliyevin sözlərinə görə, iqtisadi əməkdaşlığı genişləndirmək üçün planlar mövcuddur. O, Azərbaycanla Rusiya arasında humanitar sahədə müsbət əməkdaşlığın olduğunu söyləyib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267