Qənirə Paşayeva Azərbaycandakı Quba məzarlığı ilə bağlı AŞ PA-da sənəd yayıb

Strasburq. Fuad Qulubəyli - APA. Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış sessiyasının bu gün keçirilən iclasında Quba məzarlığı ilə bağlı parlamentarilər arasında sənəd yayıb. APA-nın Avropa bürosunun məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycandakı Quba kütləvi məzarlığı ermənilərin törətdiyi vəhşiliklərin nəticəsidir və “erməni soyqırımı”nın yalan olduğunu göstərir: “2008-ci ilin əvvəlində Azərbaycanın Quba rayonunda tikinti işləri ilə əlaqədar aparılan qazıntılar zamanı qətliamların baş verdiyini deməyə əsas verən miqdarda insan sümükləri aşkar olundu. İlkin araşdırmalar zamanı müəyyən edildi ki, bu sümüklər 1918-ci ildə Qubada erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilən dinc insanlara aiddir. Ermənistan hərbi komandiri Amazasp tərəfindən törədilən bu vəhşiliklər nəticəsində 10 mindən çox dinc sakin Qubada 1918-ci ilin ilk 5 ayı ərzində qətlə yetirilib. Bundan əlavə, 162 kənd dağıdılıb, bu kəndlərdən 35-i yerlə yeksan edilib. Qubada kütləvi məzarlıq aşkar olunandan bəri Azərbaycanın yüksək rütbəli şəxsləri, parlamentarilər, müxtəlif ictimai xadimlər, xarici qonaqlar əraziyə baş çəkiblər. Spiker Oqtay Əsədov və AŞ PA prezidenti Luis Maria de Puçun Qubadakı kütləvi məzarlığa birgə baş çəkməsi əlamətdar hadisə idi. AŞ PA prezidentin məzarlığa baş çəkəndən sonra bildirmişdi ki, bu faciəni törədənləri müəyyənləşdirə bilməsə, bu, dəhşətli soyqırımıdır və insanların vəhşicəsinə öldürülməsinin şahidi olub. O bununla əlaqədar AŞ PA-nın xüsusi komitəsinə əraziyə baxış keçirməsi üçün məlumat verəcəyini də vurğulamışdı”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267