Qəzzanın bombalanması ilə bağlı İran və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb

Bakı. Laçın Sultanova - APA. Yaxın Şərqdə son günlər baş verən hadisələrlə bağlı İranın və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb. İran səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, Qəzza zolağının sionist rejiminin hərbi təyyarələri tərəfindən bombardmana məruz qalması nəticəsində çoxsaylı günahsız Fələstin vətəndaşının şəhid olması, sionist rejiminin qara dosyelərinə daha birini əlavə edib: “Bu hücumlar sionist rejimi tərəfindən törədilən dövlət terrorçuluğunun bariz nümunəsi, eləcə də insan haqlarının açıq-aşkar pozulması deməkdir. Qəzzada törədilən faciələrə cavabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələrin baş verənləri sükutla qarşılaması, onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir”.

İsrail səfirliyi isə bildirib ki, əməliyyat Həmasın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir: “Təəssüflər olsun ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri Həmas tərəfindən rədd edildi və Həmas İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272