Səfir: "Azərbaycan və Rusiya arasında əlaqələrin gələcəkdə inkişafı üçün yeni addımlar atılacaq"

"Azərbaycan və Rusiya prezidentləri bu yaxınlarda yenidən prezident seçiliblər. Bu o deməkdir ki, dostluğumuz və əməkdaşlığımız sabit şəkildə davam edəcək". 

 

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov  Rusiya günü ilə bağlı keçirilən qəbulda çıxışı zamanı deyib. O bildirib ki, isti dostluq münasibətləri dövlət başçılarının dostluq əlaqələrindən irəli gəlir: "Bu il də əlaqələrimizin inkişafına dair ənənə davam edəcək. Əlaqələrimiz bütün səviyyələrdə davam edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Onların gələcəkdə inkişafı üçün yeni addımlar atılacaq. Bu, humanitar sahəyə də aiddir. İqtisadi sahədə də ticarət dövriyyəsini artırmaq istiqamətində işlər görürlər".

 

O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb.

 

Daha sonra çıxış edən parlamentin vitse-spikeri Valeh Əsgərov bildirib ki, Rusiya ilə əlaqələrin  inkişafı hər iki ölkənin maraqlarına uyğundur: "Əlaqələrimizin əsasında ölkə rəhbərləri, hökumətləri və parlamentlər arasında qarşılıqlı etimad durur. Rusiya subyektləri ilə əlaqələr də inkişaf edir, humanitar sahədə də əlaqələr yüksək səviyyədədir. Biz birgə səylərlə strateji tərəfdaşlıq əlaqələrimizi xalqlarımızın və dövlətimizin maraqları, regionda sülhün təminatı naminə daha yüksək səviyyəyə çatdıra bilərik".  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272