Serj Sərkisyan: “Azərbaycanda prezident seçkiləri başa çatana kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş gözləmirəm”

serj serkisyan azerbaycanda prezident seckileri basa catana kimi dagliq qarabag munaqisesinin nizamlanmasinda her hansi irelileyis gozlemirem
İrəvan-APA. “Azərbaycanda prezident seçkiləri başa çatana kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hər hansı irəliləyiş olacağını düşünmürəm”.
APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan Türkiyənin “Radikal” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, münaqişənin nizalanması tərəflərin siyasi iradə nümayəş etdirməsindən asılıdır: “Biz bu məsələ ilə bağlı iyunun 6-da prezident İlham Əliyevlə Sankt-Peterburqda müzakirələr aparmışıq. Həm Azərbaycan prezidenti, həm də mən görüşün nəticələrini müsbət qiymətləndirmişik və hesab edirik ki, dialoqun davam etdirilməsinə əsas yaradan danışıqlar aparmışıq. Daha sonra xarici işlər nazirlərinə göstəriş verdik ki, Madrid prinsipləri əsasında danışıqları davam etdirsinlər. Artıq nazirlər səviyyəsində üç belə görüş keçirilib. Ümidvarıq ki, bu prinsiplər əsasında tərəfləri qane edən qərarlar qəbul edə biləcəyik. Azərbaycanda prezident seçkiləri başa çatana kimi hansısa gözləntidən danışmaq düzgün olmazdı. Hər şey siyasi iradədən asılıdır. Biz siyasi iradə nümayiş etdirməyə hazırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267