Terri Devis Azərbaycan Milli Məclisində çıxış edib: “Mən Azərbaycanın böyük dostuyam”

terri devis azerbaycan milli meclisinde cixis edib men azerbaycanin boyuk dostuyam
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurasının baş katibi Terri Devis günün ikinci yarısında Milli Məclisin iclasına qatılıb.
APA-nın xəbərinə görə, baş katib Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müşayiəti ilə iclas zalına daxil olub. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Terri Devisi salamlayıb. O, Avropa Şurası Parlament Assambleyasının Terri Devisin məruzəsi əsasında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamə qəbul edildiyini xatırladıb. T. Devis Azərbaycan parlamentinin deputatlarına müraciət edərək uzun müddətli siyasi karyerasının olduğunu, həmişə parlamentdə olanda özünü evindəki kimi hiss etdiyini qeyd edib: “Mən Azərbaycanının böyük dostuyam. Azərbaycanı vaxt azlığı üçün gəzə bilmirəm. Bundan sonrakı səfərlərimdə Azərbaycanla bağlı maraqlı məlumatlar əldə edəcəyimə ümid edirəm”.
Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin bu gün Bakıda beynəlxalq konfransının keçirildiyini qeyd edən T. Devis “bu gün Avropa Azərbaycanda görüşür, sabah isə dünya Azərbaycanda görüşəcək” deyə çıxışını yekunlaşdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267