Türkiyə səfiri Gürcüstanın TANAP-ın açılışında təmsil olunmamasına münasibət bildirib

turkiye sefiri gurcustanin tanap in acilisinda temsil olunmamasina munasibet bildirib

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Gürcüstanın TANAP layihəsinin açılışında təmsil olunmamasına münasibət bildirib.


APA-nın yerli bürosunun məlumatına görə, diplomat Gürcüstan nümayəndə heyətinin mərasimdə iştirak etməməsinin səbəbini bilmədiyini deyib.


F. Ceren Yazqan açılış mərasimində Gürcüstanı bu ölkənin Türkiyədəki səfiri İrakli Koplatadzenin təmsil edəcəyini söyləyib: “Bu, son dəqiqə verilən qərar oldu. TANAP layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman Gürcüstandan olan dostlarımızı Türkiyədə görmək istəyirik. Lakin onlar Türkiyədə olmasalar belə, biz onları yanımızda hiss edirik”.


Qeyd edək ki, bu gün Əskişəhərdə TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Tədbirdə  Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. R. T. Ərdoğan Gürcüstan prezidenti Giorgi Marqvelaşvilini iyunun 1-də mərasimdə iştiraka dəvət etmişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272