Məhkəmə Azərbaycan paytaxtının mərkəzində məscidin sökülməsinə qərar verib

mehkeme azerbaycan paytaxtinin merkezinde mescidin sokulmesine qerar verib
Bakı. Ramil Məmmədli - APA. Yasamal rayon Məhkəməsi Murtuza Muxtarov, 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi barədə qərar verib.
Məscidin əməkdaşı Mirtaleh Mövsümov APA-ya bildirib ki, məscid Yasamal rayon İcra Hakimiyyətinin qərarı ilə 3 ildir tikilir: “Əgər məscid qanunsuzdursa, tikintiyə başlayanda aidiyyəti qurumlar bunun qarşısını alardı. Məscidin inşası yeni başa çatıb. Nəyə görə məscid hazır olandan sonra İcra Hakimiyyəti məhkəməyə müraciət edir?”

M. Mövsümov məscidin sökülməsinə imkan verməyəcəklərini, rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcəyini söyləyib: “Hakim Abbas Rzayevin sədrlik etdiyi məhkəmə prosesi Yasamal rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin iddiasını təmin edib və məscidin sökülməsi barədə qərar çıxarıb”. O, məscidin Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ərazisində tikildiyi haqda deyilənləri də təkzib edib.

ADİU-nun rektoru Şəmsəddin Hacıyev isə APA-ya bildirib ki, məscidin inşasına başlananda tikinti aparılan ərazinin universitetin balansında olması barədə Yasamal rayon İcra Hakimiyyətinə müraciət ediblər: “Bundan əvvəl isə orada restoran fəaliyyət göstərirdi. Təhsil ocağının ərazisində məscidin və ya restoranın fəaliyyət göstərməsi isə düzgün deyil. Digər tərəfdən, universitetin ərazisi dövlət əmlakıdır və qorunmalıdır”.

Rektor problemə məhkəmə instansiyasında aydınlıq gələcəyini də qeyd edib: “Heç kim məscidin sökülməsini istəməz. Amma dövlətin ərazisində, icazəsiz nəsə inşa etmək məqsədəuyğun deyil. Hamımız məhkəmənin qərarına tabe olmalıyıq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva deyib ki, komitə icmaların dövlət qeydiyyatı ilə məşğul olur: “Məscid tikintisi isə komitəyə aid məsələ deyil”. Y. Əliyeva onu da bildirib ki, məsciddə fəaliyyət göstərən dini icma qeydiyyatdan keçən zaman hüquqi ünvan kimi ev göstərilib: “Bakı şəhər Yasamal rayon Dini İcması 2006-cı ildə mənzildə qeydiyyatdan keçib. Sonradan isə bu ünvan məscidə dəyişdirilib”.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova isə məsələnin araşdırılacağını deyib: “Şeyxülislam Hacı Allahşükür Paşazadə də sonuncu çıxışlarının birində istənilən halda məscid və digər dini ibadət yerlərinin sökülməsinə qarşı olduğunu bildirib. Bu baxımdan idarə məscidin sökülməsinə qarşıdır”.

Məsələyə Yasamal rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267