Qamət Süleymanov: ““Əbu Bəkr” məscidinin açılması ilə bağlı məhkəmə qərarını almışıq”

Bakı. Elnur Məmmədli - APA. “Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpa olunması ilə bağlı qərar məscid rəhbərliyinə təqdim olunub. Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib. Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsi qərarı icmaya və polisə təqdim edib. Qərarda məscidin fəaliyyətinin bərpa olunması, ərazidəki polis postunun götürülməsi qeyd olunur. Lakin vəkil məscidin fəaliyyətinin nə vaxt bərpa olunacağından xəbərsiz olduğunu deyib.

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov APA-ya açıqlamasında məhkəmə qərarını aldıqlarını təsdiqləyib. O bildirib ki, hələlik polisdən onlara heç bir söz deyilməyib, məscid isə fəaliyyətini bərpa etməyib: “Buna görə gözləmə mövqeyindəyik. Eşitdiyimizə görə, ərazidə yaşayan sakinlər məhkəmənin qərarından apellyasiya şikayəti vermək fikrindədirlər. Digər tərəfdən, ərazidəki polis postu da hələ götürülməyib. Polisin məhkəmənin qərarının icrası ilə bağlı nə edəcəyini gözləyirik”.

Q. Süleymanov yaxın günlərdə məscidin fəaliyyətinin bərpa olunacağını qeyd edib.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Oktyabrın 27-də Nərimanov rayon Məhkəməsi “Əbu Bəkr” məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb. Qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267