Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində yaralanan 3 nəfərdən birinin bədəninin 70%-i yanıb - FOTOSESSİYA

Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün günorta saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndi yaxınlığında mina partlaması nəticəsində yaralananlar
Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralılardan biri - Şükür Məmmədovun durumu ağırdır. Xəstəxanadan bildirilib ki, bədəninin 70 faizi yanan Ş. Məmmədova 2 və 3-cü dərəcəli termik yanıq diaqnozu qoyulub.

Digər yaralılar Anar Səfərov və Razi Tağıyev isə əllərindən xəsarət alıblar.

Ağcabədi rayon sakini olan A. Səfərov APA-nın əməkdaşına bildirib ki, minaya düşən avtomobili o idarə edib: “Biz yolu azıb, qoşunların təmas xəttinə yaxınlaşdıq. Bu zaman qarşımıza Azərbaycan hərbçiləri çıxdı. Onlar bizi geri qaytardılar. Gəldiyimiz yolla geri dönəndə qəfil partlayış baş verdi, maşın yanmağa başladı”.

Qeyd edək ki, Ağdam rayonunun Hacıməmmədli kəndi yaxınlığında “QAZel” markalı avtomaşın cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. Mina partlaması zamanı 1984-cü il təvəllüdlü Razi Tağıyev, 1983-cü il təvəllüdlü Anar Səfərov və 1984-cü il təvəllüdlü Şükür Məmmədov xəsarət alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267