İcra Hakimiyyəti binasının qapısını qıran şəxs tutulub

icra hakimiyyeti binasinin qapisini qiran sexs tutulub

Ağstafa rayon İcra Hakimiyyətinin binasının qapısını qıran şəxs yaxalanıb.

 

Baş Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 12-də saat 04:00 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasınin arxa qapısını sındıraraq oğurluğa cəhd göstərmiş bir nəfər şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb. Həmin şəxs sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

 

Polis Şöbəsində aparılmış araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.

 

Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267