Alimin evindən 1 milyon manatlıq oğurluq edən xadimənin məhkəməsinə şahidlərin məcburi gətirilməsinə qərar verilib

alimin evinden 1 milyon manatliq ogurluq eden xadimenin mehkemesine sahidlerin mecburi getirilmesine qerar verilib

Bakıda alimin evindən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

 
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılıb.  Məhkəmə iclası iyunun 27-dək təxirə salınıb. 
 
İttihama görə, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.
 
Xanım Zeynalovanın oğurluğu Aqşin adlı tanışı vasitəsi ilə törətdiyi məlum olub.
 
Ümumilikdə təqsirləndirilən şəxslər zərərçəkmişin 539 min dollarını və 179 min manat məbləğində qızıl-zinət əşyasını ələ keçiriblər.
 
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267