Arif Məlikov: “Müslüm Maqomayevin sənəti gənc müğənnilər üçün məktəbdir”

Bakı. Ramil Məmmədli – APA. “Müslüm Maqomayevin sənəti gənc müğənnilər üçün məktəbdir”. Bunu APA-ya açıqlamasında bəstəkar Arif Məlikov deyib. Müslüm Maqomayev kimi musiqiçilərin sayının ildən-ilə azaldığını söyləyən A. Məlikov belə sənətkarların yerinin dolacağına ümid etdiyini bildirib: “Müslim Maqomayevin adı Rəşid Behbudov, Bülbül və digər böyük sənətkarlarımızla bir cərgədə çəkilir. O, hələ sağlığında bu adı qazanmışdı. Azərbaycanda bu cür insanların sayı çox deyil. Hesab edirəm ki, Azərbaycan xalqı istedadlıdır və ölkəmiz yeni “müslümlər” yetişdirəcək”.

A. Məlikov dünya şöhrətli sənətçi ilə dostluğundan da danışıb: “Müslimlə dostluq edirdim və dəfələrlə onun Moskvadakı evində olmuşam. 1965-ci ildə bir yerdə Macarıstanda səfərə getmişdik. Səfər zamanı bu ölkənin mədəniyyət naziri bizdən öz ölkəsi haqda mahnı yazmağımızı istədi. Biz bir günün içində mahnı yazıb, kasetə köçürdük. Növbəti gün “Budapeşt” adlı bu mahnı Macarıstan televiziya və radiosunda səsləndi. Çox maraqlı idi. Təəssüf ki, bizim yaradıcılıq sahəsində əməkdaşlığımız bu mahnı ilə məhdudlaşıb”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272