Memarlıq və İnşaat Universitetinin layihəsi qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Emin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olub.

Universitetdən APA-ya verilən məlumata görə, AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev (rəhbər) və İnşaat – texnologiya fakültəsinin dekanı, professor  Tahirə Haqverdiyevanın (həmrəhbər) layihəsi Elmin İnkişafı Fondu elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalib gələn işlər arasında olub.

Qrant qazanan “İnşaat sektorunda istifadə olunan materiallarda radioekoloji və kimyəvi risklər, idarə olunma mexanizmləri və elektron məlumat resurslarının yaradılması” layihəsinin icra müddəti 12 ay və ümumi büdcəsi 70 000 AZN təşkil edir. Universitet bu layihəni AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə yerinə yetirəcək. Layihədə rəhbər, həmrəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək və s. məqsədi ilə keçirilir. Fond akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələri müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə həyata keçirir. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267