Azərbaycan paytaxtında 17 yaşlı gənc özündən 5 yaş böyük qardaşını qətlə yetirib

azerbaycan paytaxtinda 17 yasli genc ozunden 5 yas boyuk qardasini qetle yetirib
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 17 yaşlı gənc özündən 5 yaş böyük qardaşını qətlə yetirib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, rayonun Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 16-da baş verib. Bu ünvanda yaşayan 1991-ci il təvəllüdlü Elvin Füzuli oğlu Həşimov qardaşı, 1986-cı il təvəllüdlü Rövşən Həşimovu bıçaqlayıb. R. Həşimov qara ciyərindən və qarın boşluğundan aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerindəcə keçinib.

Hadisəni törədən E. Həşimov isə qaçıb. Hazırda rayon Polis İdarəsi onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. İlkin məlumata görə, hadisənin baş verməsinə R. Həşimovun gözləri kor olan atasını təhqir etməsi səbəb olub.

Xəstə atasının təhqir olunmasına dözməyən Elvin böyük qardaşını öldürüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267