Azərbaycan paytaxtında çörəkbişirmə sexində baş verən partlayışda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

azerbaycan paytaxtinda corekbisirme sexinde bas veren partlayisda xesaret alanlardan ikisinin veziyyeti agirdir
Bakı. Ramil Məmmədli - APA. Bu gün səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində çörəkbişirmə sexində baş verən partlayış zamanı xəsarət alanlardan ikisi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, bu gün səhər saatlarında xəstəxanaya gətirilən 3 yaralıdan 2-si - 1958-ci il təvəllüdlü Tamella Rza qızı Hüseynova və 1968-ci il təvəllüdlü Gülnisə Rza qızı Lətifova vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. 1967-ci il təvəllüdlü Dilşad Pöhrəc qızı Hüseynovaya isə ambulator müalicə təyin olunaraq evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində, keçmiş Karl Marks dairəsindəki “16 mərtəbə” kimi tanınan binanın qarşısındakı çörəkbişirmə sexində ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb, ölən yoxdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dgk ile ask arasinda emekdasliq memorandumu imzalanib
    DGK ilə ASK arasında əməkdaşlıq memorandumu imzalanıb
  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
qusarda findiq bagi yanib qusarda findiq bagi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267