Azərbaycan paytaxtında “Mercedes” 110 manata satılıb

azerbaycan paytaxtinda mercedes 110 manata satilib
Bakı. Hafiz Heydərov - APA. Bakı sakini qaçırdığı “Mercedes”i 110 manata metal əritmə sexinə satıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Altay Hüseynov bu ilin sentyabr ayında özünə məxsus “Mercedes-Benz” markalı, 08 BA 668 dövlət nömrə nişanlı maşını təmir etdirmək üçün Babək prospektində yerləşən “Ulduz” avtoservisinə aparıb. Servisdə çalışan usta müştərilərin çox olduğunu bildirərək, A. Hüseynovdan maşını sexin arxasına qoyub getməyi xahiş edib.

Ustanın dediklərinə əməl edən A. Hüseynov səhərisi gün servisə gələndə avtomobilini yerində tapmayıb. Servisin əməkdaşları isə məsələdən xəbərsiz olduqlarını bildiriblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən dərhal Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü polis bölməsinə ərizə ilə müraciət edib. Polis bölməsi əməkdaşlarının bir aydan artıq davam etdirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Hüseynova məxsus avtomobilin yeri müəyyən edilib.

Məlum olub ki, Bakı sakini, 1984-cü il təvəllüdlü Şəfi Uveys oğlu Qurbanov idarə etdiyi “Evakuator” maşını ilə A. Hüseynova məxsus “Mercedes”i təmir sexinin arxasından götürərək “Baku Steel Copmany”-nin metal qəbulu sexinə aparıb. Ş. Qurbanov qaçırdığı maşını sexin əməkdaşı Elnur Rafiqova 110 manata satıb.

23-cü bölmənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Qurbanov artıq saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267